R

"dua"

Danış dərdlərini göyə dedilər,
Alnım səcdədəydi,yerdəsə dizim.
Tanrıya bir vaxtlar mən yalvarardım.
Nə olar alnımdan silməsin izin.
Yollar gedə gedə bitər dedilər.
Sonsuz bir yoldayam,görmürəm izin,
Yanımda gedərdin bir vaxt bir zaman,
İndi heç alnımda qalmayıb izin.
Bu qərib diyarda unutmaq olmur,
Vətənim həsrətim,hamısı sənsən
Yoxluğun küləktək üzümə vurur,
Gözlərim yumuram gördüyüm sənsən.
©rufet