K

dünya

Mənim balam bu dünyayla oynama,
Sən cavansan,dünya qoca dünyadı
Düşman nədir?dost evini dost yıxar
Bilən bilir dünya necə dünyadır.....
................................................
Ömrə,günə etibar yox əzəldən
Birdə dönüb yarpaq olmaz xəzəldən
Beşiyindən bizə tabut düzəldən,
bələyindən kəfən dikən dunyadır.
................................................
kim nə anlar bu zalımın işindən
Çoxlarını keciribdir dişindən
Möhkəm yapış papağınan,başınan
Başdan papaq alıb qacan dünyadı.!
şair. (RAMİZ RÖVŞƏN)
©küshayel