M

🍂DÜNYA🍂

Başdan ayağaycan, Əfsanədi dünya..
Batininə baxsan Viranədi dünya..
Kimlər ki qanıbdır Bu mətləbi bir yol
Hiylə, kələk ilə Dünya olub hey bol
Barmaq uzadandan Kökdən qoparır qol
Yox ədli əzəldən Biganədi dünya..
Hər kim qaça ondan Amandadı hər vaxt
Taxtayla apardı Kim istədi tac-taxt
Zalımlara şadlıq Məzlumlara bədbaxt
Baxsan görəcəksən Kim, ya nədi dünya?!
Məzlum olan üçün Qəm, ahdı səfası
Dərd, qəm gətirəndi Yox bircə şəfası
Çox əhdi pozubdur Yox əhdə vəfası
Yoldan çıxarıncan Pərvanədi dünya
Səndən yana idi Dost andı içəndə
"Dost"larını atdı Zalımı seçəndə
Haqq ilə bərabər Tək, tənha keçəndə,
Batillə görərsən Yan-yanədi dünya
Dünyada nicatı Haqq yolla taparsan
Gər nəfsinə uysan Bu yolda saparsan
Doğru ömür eylib Yaxşı ad aparsan,
Rabil, sənə söylər: "Divanədi",- dünya
🍂©QəmliAşiq~©M.R.🍂
©qemliasiq