Bilməm nədir səndəki hikmət dünya!
Alıb səni rənginə zülmət dünya!
Bürüyüb məmləkətin hər tərəfin çılpaqlar
Şərəfin satanlar,dinin atan axmaqlar,
Əsl insan olan bu vəziyyətə ağlar
Nədir axı səndəki halət dünya!
Varlının hər vaxt qulluğunda qalarsan,
Kasıbın,füqəranın qənimi olarsan, Yetimin,məzlumun ahın alarsan
Qalmayıb heç zərrə ədalət dünya!
Dağları-təpələri dilləndirər ahım
ALLAHDAN özgəsi olmayıb pənahım
Qır-qızıla,cah-cəlala olmaz iştahım
Gəlməz mənlə məzara dövlət dünya!
Rahi-hidayətdə olsan ucalarsan
Əks halda fasiq olub qocalarsan
Əlbət bir gün cəzanı alarsan
Qopan zaman məhşər,qiyamət dünya!
©azeri_şair
D