Bu qədər vəqf elədin bəsdi, dur ibtida elə
Daha bəs zalım üçün haqqa dur iqtida elə
Hər nə istəmişdilər razılıq ilə etmisən,
Bir ömürdü razısan indi dur imtina elə
Baxma maneəylə bağlanıbdı yollar üzünə
Bağlı sərhədləri qır daha dur istila elə
Neçə qoyduğun izi pozub, süpürdü yel kimi
Onlar ki, unutdurur səndə dur intiba elə
Nə qədər məzlumun haqqını tamam zay etdilər
Qoyma day zülm edələr, buna dur intiha elə
Əsrimiz, Rabil, elə əsrdi durma heç zaman
Zəhmət ilə birləşib sən də dur ixtira elə
🍂QəmliAşiq🍂
©qemliaşiq
M