Yazda gəlirsiz payızda köçürsüz
Sözümdən geri dönürsüz durnalar
Hərdən hərdən qəh qəh edirsiniz
Dərdinizi dalğalara deyirsiniz durnalar
Durnalar uçuşur hər yana
Quşsuz dünya kir və yara
Sözsüz ki aləmlər bir yana
Qarış qarış uçan durnalar
Durnalar gedirlər birlikdə
Durnalar qayıdırlar şənliklə
Qaqqıldaşırlar yollar boyu
Bir sürü gözəl durna soyu
Səssiz uçun durnalar
Qoy eşitməsin ovçular
Zar zar ağlasın dağlar
Ayrılmasın bizdən bahar
Durnalar uçub yorulmayın
Qatarınızdan dağılmayın
Günəşin qarşısında durmayın
Gəlin bahara uymayın
Mənidə siz unutmayın.
©alican
A