Zorla unutmuşdum səni axi mən
Niyə axı bu gün düşdün yadima
Düşünmürdüm ,gəlmirdin heç ağlıma
Niyə axi bu gün düşdün yadıma
Təsəllim oldu xatirələrə sarıldım
Gecələri mən səssiz ,gizlin ağladım
Güc bəlaynan səni təzəcə unutdum
Niyə axı bu gün düşdün yadıma
Bilməyirsən axı həsrət intizar nədir
Sevməmisən axı hardan biləsən
İstəyirəm bu ağlımdan gedəsən
Niyə axı bu gün düşdün yadıma
Nə xəyalin görsənməsin gözümə
Nədə özün dönüb qayıtma geriyə
Söz verdim səni unudacam deyə
Niyə axı bu gün düşdün yadıma
Sözlərimə qulaq asmayır axı ürək
Gözlərimdən istəyir imdad kömək
Neyləsin bu Vasif ağlayır deyərək
Niyə axı bu gün düşdün yadıma
©sairqemli
S