Həm münsərih, həm də səri
Yadıma salır Ələkbəri
Çox çəkdin, şair, dərd-səri
Amma bu xalq düzəlmədi
Düzəlmədi, düzəlmədi..
Çoxdu elmə biganələr
Çoxdu zülmə biganələr
Derlər ölmə biganələr
Ordan heç biri gəlmədi
Düzəlmədi, düzəlmədi..
Gedir hələ rəng davası
Sülh davası, cəng davası
Gündə bir ahəng davası
Baş açmıram nə kəlmədi
Düzəlmədi, düzəlmədi..
Boş qoyanda solu, sağı
O cür düzü, o cür dağı
İndi də söyləyir yağı
Biz buralı türk gəlmədi
Düzəlmədi, düzəlmədi..
#MERAC
©merac
M