A

El oba da qəm olmasın

Savaş marşın çalan ölsün
Ayrılığı salan ölsün
Düzlük qalsın yalan ölsün
El obada qəm olmasın
Bağçalarda gül solmasın.
Partlamasınlar bombalar
Dağılmasınlar qalalar
Darıxmasınlar analar
El obada qəm olmasın
Bağçalarda gül solmasın.
Göydə bayraqlar oynasın
Teldə daraqlar oynasın
Yerdə oraqlar oynasın
El obada qəm olmasın
Bağçalarda gül solmasın.
©ahmethani