Vaxtında çox qəlbinə dəydim o qızın bilmədən yenə,
Yetərki o xoşbəxt olsun yansın bir bədən yenə,
Çox çarə axtardım o qıza geri qayıtmağa,
Əfsuslar olsunki tapa bilmədim bir nədən yenə.
Burda nələr çəkdiyimi heç bilmirsən,
Kaş yanımda olubda halımıda bir bilsən,
Səni necə çox sevdiyimi biləcəksən,
Əgər sevgim yazdığım şeirlərlə bilinirsə.
Bugün ümid verdiyim sabah gözümnən düşür,
Məsafələr uzaq olsada məni həmişə özündən düşün,
Biraz olardı tapmışdım itirdim səni dərhalda,
Ən azından onu bilki qəbul edərəm səni hər halda.
Yenədə yazıram saat amma 12 ni keçib,
Yatacam biraz dəmli bugün son ikini içib,
Sənsizlik yıxır yerə və dondurur məni,
Sənsiz olduğum hər bir gün sadəcə don kimi keçir..
Nəyisə qaytarmağçün sadəcə bir qərar olsa,
Yazdığlarımda sənə dönməyi üçün bir yarar olsa
Kaş həmişəki tək sevərdik və ayrılmazdıq
Kaş həyatımız həmişəki tək bərqərar olsa.
Ölümə atdığım ilk atdım sənə aşiq olmağ iydi,
İkinci addımda özgələrini sən saymağı bildim,
Ən böyük arzum nə vaxtsa şair olmağ iydi,
Şair oldum qaldı şeirə layiq olmağ indi.
Səni çox sevdiyimi unutma bil həmişə,
Onsuz necə olacağını təsəvvür edib bilməmişəm,
Bəlkədə mənə nifrət edib sevmədiyini deyirsən indi,
Sən bu şairin şeir dəftərində ən gözəl şeirsən indi.
Hər gün fikirləşirəm qayıdar bu gün gələrmi
Yoxsa yadından çıxıb bu yol bu döngələrmi.
Dərdlər problemlər əskik olmur indi düşür cəmlə,
Hər gecə xəyalıma gəlirsən xəyalın əskik olmur düşüncəmdən.
Birdə dolu ürəyim,dolmuş kül qabı.
Birdə sınıq pəncərələr sınıq güldanım,
Birdə ömür birdə könül hamısı sönür,
Birdə oyanım görüm ki birdə dönüb.
Bu dəfə əlacsızam həmişəki tək çarəsizəm
Allah bəxtimi səndən sonra indi qarə süzər
Artıq ümid verib yıxarammı bilmirəm kimlərə mən,
Mən ölsəm çatar yardıma görəsən kimlər həmən.
Bir qız vardı şeir elədiyim gözləri şeir donunda,
Bilirəm olmadı bu sevginin xeyir sonunda.
Düşünmə ölübdü sənə olan sevgim hələmdə diridir,
Sənə məndən yaxın olan mənə məndən yaxın olan biridir.
Səni çox şeir elədim hamı söylüyür deyir eləmə,
Axı mənim başımçün deyil səndən başqasını şeir eləməy.
Mən bu könlü bağlamışdım təkcə bir sənə,
İnanki ürəkləri dağılar çəkdiyim yüz dərddən birni bilsələr,
Kimlərsə ölmüş bədəni indi canlı axtarır,
Yadıma düşür ilk dəfə sənə yazdığım həyacanlı vaxtlarım,
Bu ürək səndə qalıb indi can tək əsir,
Sənsizlik ən dərin yaram hislərimdə qan ləkəsi,
Yenədə xəbərsizəm bəlkədə şirincəsinə yuxuya dalıb,
Gələcəm bu gün yuxuna əlimdə şokalad alıb.
Çox ağrılı günlər yaşadım izləri hələdə yerdə qalıbdı,
Mənim üçün hər şey 1 il əvvəl iydi düşünmə hər şey geridə qalıbdı,
Nəyisə qaytarmağ çətindi bilirəm indi gec oldu,
Şair düşdü gözlərdən şeir heç oldu,
Bilmirəm sevərəmmi yenidən ümid verib hansı qıza,
Görəsən xoşbəxtlik rəva görülər hansımıza.
Küçələrə düşdü hislərim sadəcə yarandı qaldı,
Həyatım sənlə gözəliydi bilirsən? sadəcə yalandı ardı.
Məni yada salma isdəsən yazdığlarımıda xoş qarşıla,
Narahat olma birdə çıxan deyiləm önünə qarşına.
Mən bənzədə bilmərəm hər qızı sənə
Əslində çox gözəl yar oldun Elisa mənə,
Gəldim sənə fəda verməyə bir ömür hazırlamışdım,
Nəysə bitdi hər şey bizə bir olmağda yazılmamışdı...
Məni boğur bu şəhər bu insanlar,
Məni yorur bu şeir bu misralar,
Gedirəm bir sabah qayıtamamaq ümidiylə
Gedirəm əlvida,əlvida sevgiylə
Yoxluğun Edamımdı gözəl.....
Məni gözəl xatırla rəngsiz,iysiz və hissiz.....
©ttmtc
T