M

🍂Eləyər..🍂

Qəmi-hicranla məni dərdə giriftar eləyər
Sora məcnun deyərək aləmə izhar eləyər
Məni tərlanlara, qartallara bənzətmiş idi
İndi bilməm niyə bəs yırtıcı bir sar eləyər?!
Sevən öz aşiqinə dərd axı heç arzulamaz
Niyə bəs ayrılığıyla mənə azar eləyər?!
Görəsən hüsnünü görmək mənə qismət olacaq?!
Nə qədər gəl demişəm bax yenə israr eləyər?!
Qoyma gəl özgələri eşqimizə göz dikələr
Hər nə eylər bizə,əlbəttə ki, əğyar eləyər
Gər izin versən o əğyarə bu aləmdə bizi
Bivəfa tək tanıdıb aləmə, yar, xar eləyər
Vermə bu sirrimizi heç kəsə aləmdə, gülüm
Tuta bilməz dilini hər yana bil car eləyər

Rabil istər ki, Xudadan bizə tez vəsli verə
Aşiqin səbri bitib şamu-səhər zar eləyər
🍂QəmliAşiq🍂
©qemliasiq