Bir nəzər salsa idin, mən də görərdim gün üzü,
Çəkməz idim bu qədər qüssə, kədər, dərdi düzü.
Eşqimin dalğası sahil səni bilmiş, bu səbəb,
Tutur hər dəfə sənin səmtinə eşq ilə üzü.
Demə naəhlə bizim sirrimizi, söylərsən,
Dəyərin bilməz, edər aləmə izhar o sözü...
Ver nişan gözlərini gözlərimə bəsdi mənə,
Neçə illərdi ki, axtarmadayam qarə gözü...
Aləmi-eşqdə seyran eləyərkən gördüm,
Necə seyr etmədə ərş əhli də fəxr ilə bizi...
🍃MERAC🍃
©merac
M