T

Eşq

Eşq rahın çox adam dərk eyləmir, eşqin özü
Qəm verir min bir dəfə amma alır can bir dəfə.
Ey mənə rişxənd edən sən əsli aşiqsənsə gər
Mən təki pərvanə ol, şəm eşqinə yan bir dəfə.
Eşqə canın kim fəda etmişsə min-min qəm görər,
Zövq alar qəmdən Xuda verməklə dərman bir dəfə.
Təbriz eşq uğrunda canın da tamam məhv eyləsə,
Sevdiyi canan deməz əfsus ona can bir dəfə.
©tebriz44