B

Eşq baharında saralmış vaxtsız yarpaqlar

Xəyallara dalmışam arzularda qalmışam.
Gözlərim bağlı sənsizlik zülmətə qarışıb yenə.
Yolunu azmış bir vaxtlar çıraqla gəzdiyim.
İndi şamdan pərvanə olmuşam sənin çağında.
Yolunu gözləmiş sənin izindən xəbərim yox.
Xətalar yol açdı qəmginlik yollarında yenə.
Nigaran qalmadım bu kədərdə sonlu ikən sən.
Çarəsiz olmadım itirməzdim yoxsa özümü.
Xəzan vaxtı gözlədiyim sevgilər dayanacağı.
Şüşələri qırılmış izsiz sonsuzluğun xəbərçisidir.
Yarpaqları saralmış payız kimisən ayrılıq küləkləri səni mənnən apardı getdi.
Baharımda gül açmış qızılgülüm idin.
Tanıdıqca qollarımda təravət saçan.
İndi qoxundan hissiyatsız oldum gəlməyişini.
Yerini verməyəcək qəmdən solan titrəyişini.
Məzar daşı kimi baxacam sənə uzaqlardan.
Eşq ümidinlə yandığım bir zamanlarda.
İndi yanıb ağrılar əzabinda sənin can çəkişinə tamaşa edirəm.
Yoxluğum əngəllədi sənsizliyin isə əl vermədi.
Vaxt var idi sevgiyə qucaq açdığım eşqlə doluykən yanan kitablarım.
İndi acı reallıqlar tərzi isə keçmişi qəmləndirən ayrılmaq səyfələridir.
Kül olmuş vərəqləri çevirmək bir vaxtlar sevgimlə alışıb yandığım şeirlərimdir.
©dolunaysız