Qəlbim kül olubdur eşq adlı şəmdə
Ondan güclü nəsnə nə qədər gəzsən
Tapmazsan heç zaman sən bu aləmdə
Dünyada eşq üçün yanmaq nə xoşdur
Eşq üçün nə çəksən əziyyət deyil
Aşiqçün ləzzətdir ən ağır qəm də
Axtarma dərmanın ayrı bir yerdə
Eşqə düşmüsənsə onun çarəsi
Vəfalı yardadır elə məlhəm də
Gəl qınama belə aşiq kəsləri
Eşqdir onları bu hala salan
Gəl günah axtarma sən bu sərsəmdə
Gəl eşqin şəninə nəğmələr qoşaq
Bu Məcnun yoludur, Fərhad yoludur
Burda aciz qalır güclü, möhkəm də
🍃MERAC🍃
©merac
M