M

🍃..Eşq..🍃

Ey könül, həmdəmi-eşqdən küsmə gəl heç bir zaman
Gərçi bilsən də sənə verməz belə bircə aman
🍂...🍃...🍂
Hər kim eylərsə nəzər bu aləmə bircə kərəm,
Olmaz həqqin nuruna ol heç zaman ayru, yaman
🍂...🍃...🍂
Kim ki həqqin rahına qoymuş qədəm tapmış kərəm
Kim ki ondan ayrılıb olmuş yolunda çən, duman
🍂...🍃...🍂
Sanma bu yol çox rahat yoldur bunun yox dərd, səri
Gör neçə aşiqi etmiş qəm əlindən dad uman
🍂...🍃...🍂
Dəyməz eşqin hətta bir damlasına bilsin hamı,
Qalmış alçaq hər zaman, eşqidən mülki-süleyman
🍂...🍃...🍂
Rabil hər vaxt səsləyir yarını bu şüar ilə
Tez yetiş, ədrikni mövla, ələman, Sahib-Zaman!
🍂QəmliAşiq🍂
©qemliaşiq