D

Eşq məhkəməsi

Gözəlliyin alıb aparır məni xülyalara
İstəyirəm sıxışdırım sevgimi xəyallara
Tək sən məni çıxararsan bataqlıq dəryalardan
Gəl yarım gözləyirəm səni zülmət qaranlıqda.
Bir divanəyəm alıb əqlimi başımdan gedim
Nə özümü düşünüm nə səni unutub gedim
Bu zülmətdə məni tək qoysan gəlmə yanıma heç
Səni istəməz könlüm,tənha bu dünyadan gedim.
Yar dediyin aşiqin cavabsız qoymaz heç zaman
Əlində fürsət olsa verməlidir ona aman
Çün başqa heçkim insanı salmaz könül zindanına
Aşiq dözsə zülmə əgər yarı versin ona aman.
©darya_isaq