Sevdim bir xanımı ona inandım
Tərk edildim mən dillərdə qınandım
Tənha qaldım öz sevgimle sınandım
Layiq görüldü qarğışlara eşqim.
O xoşbəxt olardı mən olmasaydım
Onunçün heç idim daşlara taydım
Sevgisiz dünyanı bir heçə saydım
Cavab vermədi çağrışlara eşqim.
Tənhalıq ağacı bitdi bağımda
Məhv oldum bu bağda göz qabağında
Ömrümün gül açan cavan çağında
Düşdü vaxtsız qışlara eşqim.
©sübüsdeniz
S