U

Etiraf (Ümid Sadə)

Məhəbbət verdiyi duyğu - pay gözəl
Tapılar sənə də bir gün tay gözəl
Aldadan aldatdi məni ay gözəl
Nə edim mən sənə inanmıramsa,
Mənimçün canini sixma bu qədər
Ulduztək zülmətə axma bu qədər
Boşuna gözümə baxma bu qədər
Zülmət yuxusundan oyanmıramsa
Çətin ki bir də mən özümə gələm
Ayrılıq odunda alişan küləm
Gərəkdir ölümü dərk edib öləm
Yenidən doğulub, yaranmıramsa
Nəfsani məhəbbət olubdur meyim
Dilimdə çoxalıb qubar, gileyim
Mən necə özümə pərvanə deyim
Eşqimin başına dolanmiramsa,
Eşqimin günəşi hicri əritsin
Qoy hami səsimi, duysun, eşitsin
Məndəki qüsura rəssam nə etsin?
Sevginin rənginə boyanmiramsa
Yoxluqdan yarandım varım var demə
Ağaran saçımdı qarım var deme
Bəndədən utansam, arım var demə
Mən əgər , Allahdan utanmiramsa,
©umidsade_