Ayrılıqla imtahan olduqsa üsyan eyləmə
Sən də bu üsyan ilə gəl bağrımı qan eyləmə
Bir zaman çox şad idin çəkdikcə mən qəm, intizar
İndi hicran atəşindən bəsdi əfğan eyləmə
Bir dəfə heç gəlmədin insafə, söylərdim sənə,
Hey peşimanlıq çəkərsən bəsdi canan eyləmə
Artıq olmuşdur olanlar, tək barışmaqdır yolu
Ağlamaqla qəlbimi gəl böylə büryan eyləmə
Həm mənim, həm də sənin vardır bu işdə təqsiri
Gəl şərik ol dərdimə dərddən özün yan eyləmə
İstəyim Allahdan hər gün, Merac, olmuşdur belə
Özgələrçün qəlbimi, ey şahım, ünvan eyləmə!
🍃MERAC🍃
©merac
M