Vətən uğrunda şəhid olan igidlərimizə ithaf olunur.
____________________________________
Bizə öyrətdi Mübariz kimilər ər yolunu
Göstəriblər Vətəni qorumağın hər yolunu
Kəssə düşmən nə qədər hiylə ilə gər yolunu
Sinəni ver qabağa eylə bu torpağa fəda
İndi mərdlik zamanı, indi cəsarət zamanı
Süpür at ermənini indi şücaət zamanı
Həmi əsgər, həmi zabitlə fəxarət zamanı
Eyləyirlər canı üç rəngli o bayrağa fəda
Bu qədər səbr elədik bəsdi, qıraq maneəni
Ayrılıq ömrümüzü kəsdi, qıraq maneəni
Erməniylə olan hər kəsdi, qıraq maneəni
Otuz illik kədər, həsrətlə keçən çağa fəda
Qıydılar ermənilər körpə, tifillərə belə
Görüm o ermənini həmməşə lənətə gələ
Yazılır tariximiz körpə, cavan qanı ilə
Necə sakit dayanım oldu uşaq, çağa fəda
Rabil öz qəlbidəki sözlərin izhar elədi
Çalışıb doğruları, haqq olanı car elədi
Bu yağılar ki, bizimlə belə rəftar elədi
Qan alıb eyləyərik canı Qarabağa fəda
🇦🇿MERAC🇦🇿
🇦🇿©MERAC~©M.R.🇦🇿
🇦🇿#MERAC🇦🇿
©merac
M