Çarəsizlik dərdi qəlbin dağlayır,
Dərd içində inildəyir, ağlayır,
Taleyindən gileylənir, ağlayır,
Qullarına kömək elə,Əfəndim.
Qürbət eldə tənha qalıb sıxılır,
Kimsə yoxdur yaxınında,sıxılır,
Yaş yerinə gözlərindən dərd axır,
Dərdlərinə dərman eylə, Əfəndim.
Məlhəm eylə, dərdinə, davasına,
Kömək eylə,qayıtsın öz yurduna,
Sən şəfa ver,onun can parçasına,
Dərdi verdin, şəfanı ver, Əfəndim...
©amine571
A