Ö

Fəryad

Müəllif Ömür Yazar
Fəryad!
Əgərki dərdimi danışsam sizə,
Məndən öncə fəryad-fəqan edərsiz.
Qəlbdəki yarayla, dildəki ahla,
O yara vuranı al-qan edərsiz.
Günah dəftərimə yazmasın Allah,
Haqqıma girənin haqqın batırdım.
Elə doğulanda ölsəydim əgər,
Allahın yanında rahat yatırdım.
Yaşadıqlarımı yazası olsam,
Oxuyub - oxuyub ağlayardınız.
Yaşadıqlarımı yaşasaydınız,
Görən qınayanlar, qınayardınız?
Ey çərxi dağılmış bu dəli dünya,
Sənə dəli deyib, havalanmışam.
Mənki bəndəyə yox, onun sahibi,
Tək olan Allaha arxalanmışam!
©ömüryazar