Hər günü adınla başlayacağam,
Hər günü adınla bitirəcəyəm.
Səni röyalarda oxşayacağam
Səni xəyallarda itirəcəyəm.
Hər gün mənim üçün doğulacaqsan
Hər gün mənim üçün yox olacaqsan.
Mənim sevincim də sən olacaqsan
Mənim kədərimiz də sən olacaqsan.
......
Keçib hər alovdan, keçib hər oddan
Böyük əzabından şad olacağam.
Sən mənə həyatda ən əziz adam
Mən sənə həyatda ən yad olacağam.
Sən ömr edəcəksən ayrı adamla,
Mən kiməm nəçiyəm bilməyəcəksən.
Bir gün bu dünyadan sənin adınla
Köçüb gedəcəyəm bilməyəcəksən.
#cabirnovruz.
©deniz2004
D