S

GECİKMİŞ MƏHƏBBƏTİN NAKAM İNSANIYIQ BİZ

Harda qaldıq ,harda idik,əzəl gündən sən söylə ,
Elə baxma ,baxışınla yer tapmısan bu qəlbdə.
Səndə evli,məndə evli,carəsiz məhəbbətdə ,
Sən o tayda, mən bu tayda baxacağıq carəsiz ,
Gecikmiş məhəbbətin nakam insanıyıq biz.

Fikirlərim perik düşüb, özlüyümdən ayrılıb ,
Sevgiyə bax ,paralanıb, zədələnib, sıyrılıb ,
Bəlkə elə Rəbbim özü qisməti belə yazıb ,
Həsrət,hicran ,ayrılıqdı vüsal dolu bəhrəmiz ,
Gecikmiş məhəbbətin nakam insanıyıq biz.
İndi uzaq xəyallara yaxın olan da bizik,
Bu taleyin sellərinə axın olan da bizik,
Səadətə uzaqlardan baxan olan da bizik,
Seymurun göz yaşlarından günahını yudu göz,
Gecikmiş məhəbbətin nakam insanıyıq biz
MÜƏLLİF:SEYMUR SÖNMƏZ PAŞAYEV
©sönmez_s.p