Biz düzgün zamanda qarşılaşmadıq
Sənində zamanla problemin var
Görürəm üzündə gözündə sənin
İllərcə yığılmış dərdi qəmin var .
Səni anlayıram başa düşürəm
Məndə çox gecikmiş zamana düşdüm
Cavanliq səfləri tüstü kimiydi
Görmədim yolumu dumana düşdüm.
Bizim qəlbimizi parcalayiblar
Sevməyə niyyəti yoxdu qəlbimin
Yeni məhəbbəti daşımaq üçün
Yenidən taqəti yoxdu qəlbimin
Ya səndə ya məndə nə fərqi varki
Bilmirəm bu günah görən kimdədir
Əvvəl əllərimdə bir sevgi vardi
İndi əzab eləziyət əllərimdədir.
müəllif:(Kamahov Məhəmməd)
©cicek1991
C