M

🍃Gecələr🍃

Hansı həqiqətlər gizlənib səndə
Neçə pak olanlar kirlənib səndə
Bilirsən neçə göz zillənib səndə
Gör necə sirlərlə yatıb gecələr
🍂...🍃...🍂
Aşiqlər hey qəm, kədərli olanda
Əl ataraq saçlarını yolanda
Dərd əlindən son məqamda solanda
Neçəsinə dərman satıb gecələr
🍂...🍃...🍂
Görən bu dərd qüssə nə vaxt bitəcək
Kimlər bilir nə cür sona yetəcək
Bəlkə bütün xəyalların itəcək
Arzu diləklərdə batıb gecələr
🍂...🍃...🍂
Rabil çox dərdini tək sənə açdı
Nə vaxt qəm qovladı tez sənə qaçdı
Ovutdun acısın nur sənə saçdı
Əlçatmaz məqama çatıb gecələr
🍂QəmliAşiq🍂
©qemliaşiq