Bir mənəm bir də küçə bir də qaranlıq gecələr,
Gəzirəm mən gecələr bəlkə də bir şey düzələr.
Elə hey fikir elədim qaldı mənə dərdi sərim,
Gözlədim çox gecələr,gəlmədi ancaq gecələr.
Çoxalır intizarım fikr edirəm mən o yarı.
Çəkirəm mən siqaret getdi ciyər oldu yarı.
Qəm bükübdür belimi,rəngim olubdur saarı.
Yandırıb bir siqaret,yatmıyıram mən gecələr,
Elə hey gözləyirəm bəlkə də bir gün düzələr.
Dərdi qəmdən ey həbib,getmiyir yuxu gözümə,
Hey səni xəyal edirəm danışıram özüm-özümə
Bilirəm səhv elədim inandım sənin sözünə
O səbəblə qonağım oldu xəyalət gecələr
Hər günüm oldu zəhər düşürəm sanki quyuya,
Etmədi təsirini bir yaş odun ki quruya,
Bu şeiri oxuyanlar zənn edəcəklər ki guya,
Yazmışam mən bunu bir afətə qəmnən gecələr
15.03.2020
01:08
©cavid1910
C