Mənim gecəm uzun saçların kimi
Qıvrıla-qıvrıla səssiz-səmirsiz
Qaranlıq axşam yumur gözlərimi
Yumula-yumula açıram sənsiz
Çökür üstümə zil qaranlıq gecə
Alır məni çəkir boğur əliylə
Bəzən ağır, bəzən bərk, yüngül, incə
Sevgisiylə, acı dərdi, qəmiylə
Nağıl gəlir sözlər düz olsa belə
Gecələr ayırır bu gündüzləri
Şeirlərim yenə canlanır sənlə
Səndən ibarət şerimin sözləri.....
©alican
A