Qapılar üzünə bağlı olanda
Özünə bir qapı açıb gedəsən
Masanın üstünə xəritə qoyub
Sakitcə bir şəhər seçib gedəsən
Gedəsən tanışlar olmayan yerə
Hər kəsin yanından keçib gedəsən
Solacaq son dəfə əkdiyin güllər
Özün öz əlinlə biçib gedəsən
Qaranquş deyilsən fəsildən fəslə
Diyardan diyara uçub gedəsən
Bütün xatirələri qoyub otaqda
Ətrafa şəkillər saçıb gedəsən
Bu dərd səhrasın gəzdiyin zaman
Gördüyün vahəyə qaçıb gedəsən
Getmək istəyəndə ən uzaq yerə
Bir qaşıq zəhəri içib gedəsən
©xalid_esed
X