Gözəl gözlü şirin yar
Geri dön bir mənə bax
Qəlbim sənsiz hey sızlar
İnsafa gəl yaramı sar.
Necə qıydın mənə sən?
Tənha həyat mənə zor
Olmaz heç sənə asan
Dön geri ey gözəl yar.
Yadındamı ulduzlar
Göz süzdürür yenə bax
Sən ona bax mən sənə yar
İnan geri gəl yaşa bax.
Baxıram buluda mən
Uzandım çəmənlikdə
Etrafımda yoxsan sən
Neyləyim çəmənliyi də.
Axtarıram hər yerdə
Sənlə mən kimi sevən
Tapılmasın heç yerdə
Amma dönsən geri sən.
Sənin izindən gəlsəm
Mənimlə gələrsənmi?
Bu divanə aşiqi
Yenə şad edərsənmi?
Qoyma məni cavabsız
Sözünü mektub eylə
Xəbər salıb mənə yaz
Sabahı yox bugün yaz.
©darya_isaq
D