S

"Getmə"

Əllərimi istitsən,
Nəfəsimi hiss etsən.
Yanağın yanağımda,
Dodağın qulağımda,
Pıcıltıyla söyləsən..
"Getmə" burda ol desən.
Saçlarını oxşasam,
Gül qoxunu qoxlasam.
Bədəninə sarılsam,
Dodağına toxunsam.
Dodağını istəsəm,
Dodaq deyil, "bal" desəm.
Möhkəmcə qucaqlasan,
Bədənimə soxulsan.
Mənimlə alovlansan,
Bir ömür belə qalsan.
Qollarında əritsən,
Alovumda "yan" desən...
Sakit söhbət edilsin,
Sirli sözlər deyilsin.
Ətim ətinə dəysin,
Ehtiras iyi gəlsin.
Dodağını dişləsən,
Bədənimdə "qal" desən.
©sadiqov_h