Zaman gəldi, qalx ayağa, vətən oğlu!
Qarabağa yol görünür, getməliyik!
Uzun həsrət sona çatır, hazırlaşın,
Ata yurdum bizi deyir , getməliyik!
Sipər alın, sinə gərin, Marş irəli!
Dönüşü yox, dayanma, birbaş irəli!
Al bayrağı, al silahı, qoş irəli!
Elim, obam haray çəkir, getməliyik!
Çənlibeldən səsi gələn Koroğlunun nərəsidir,
Əsir olmuş, itkin düşmüş əsirlərin naləsidir.
Tam məqamdır, bütövləşmək vədəsidir,
Yubanmayın, qoşun gedir, getməliyik!
Şəhidlərin qanı ilə al qan olub sancağımız,
Kəlbəcərdə dalğalansın bu üçrəngli bayrağımız.
Azad olsun, bütövləşsin torpağımız,
Şuşa, Laçın yol gözləyir , getməliyik!
@imamali_hacili
©imo
I