Mən nə deyim axı sənin yaşıva
Yaxşı oldu hər nə gəldi başına
Sən ki böhtan atarsan qardaşına
Tutacaqdır əlbət ki ahu-zarı,
Üzünü döndərdin bizə qızdan sarı.
Ürəyindən keçənləri elədin,
Ağlına da gələnləri söylədin
Sənə o qədər dön dedilər, dönmədin
Həsrət çəkir, bax, anan səndən sarı
Üzünü döndərdin bizə qızdan sarı.
Mən qardaşın olsam da əlbət sənin,
Nəyimə gərəkdir var-dövlətin sənin?!
Özümə aid adım sanım var mənim.
Var-dövlət getməyəcək məzara sarı,
Üzünü döndərdin bizə qızdan sarı.
Sən ananı tərk etdin bir qıza görə
Nə var, nə var qızdakı sözə görə
Niyə ağlasın ki anam sənə görə?!
Oyanıb görürəm hər gecə yarı,
Üzümü döndərdin bizə qızdan sarı.
©__şahin__
_