1

Gizli mektub

Bu gün sevgilimdən məktub almışam,
Dolaşıq düşmüşəm, karıxmışam mən.
O gizli məktubun ilk sətirinə,
Yazıb ki, "Sevgilim, darıxmışam mən..
İndi bu məktubu yazdıran mənə,
Sevginin səsidir, eşqin səsidir.
Səninlə birlikdə keçən günlərim,
Ömrümün ən gözəl xatirəsidir..
Səni gördüyümdən bu günə qədər,
Sən mənə hamıdan yaxın olmusan.
Mən sənə illərlə yazmasam belə,
Elə düşünmə ki, unudulmusan..
Yaşaya bilmirəm, ölə bilmirəm,
Yoxluğun ömrümə kəsilib qənim.
Nəyinki ürəkdən gülə bilmirəm,
Hətta təbəssümüm saxtadır mənim..
Sən gedəndən bəri çiyinlərimdə,
Ayrılıq yükünü daşıyıram mən.
Bunu heç bir alim kəşf etməsə də,
Beş ildi ürəksiz yaşayıram mən..
Hər yağış yağanda ağlayıram ki,
Olmasın gözümün yaşları bəlli.
Oğluma adını niyə qoymuşam?
Hər ona baxanda alım təsəlli..
Qəlbimə heç kəsi yaxın qoymuram,
Ürəkdə hamıdan dərində sənsən.
İndi, iki seçim arasındayam :
Birində ailəm, birində sənsən !
Qovuşmaq mümkünsüz bir işdir, səni,
Kənardan gizlicə izləmək qalır.
Sənə özgəsiylə xoşbəxt bir ömür,
Mənə də ölümü gözləmək qalır..
©1parçaşeir