Ey dərdli
Gəl dərdləşək,
İkimiz də tənhayıq
Əl -ələ verib birləşək.
Gəl ikimizdə dərdləşək.
Sən də danış
Dərdlərini,
Mən də danışım
Dərdlərimi.
Tut buraxma əllərimi,
Mən də tutacam əllərini.
Aç söylə dərdləri,
Gizlətmə
Söylə dərdlərini.
Ürəyimiz dərdlə doludur,
Çəkinmə
Söylə dərdlərini.
Gəl
İkimizdə dərdləşək,
Bizdə zamana qarşı
Birləşək.
O bizə qarşı amansızdır,
Dərdləri unutmaq üçün
Gəl dərdləşək.
18.08.2014 R.Hova
©revane2412
R