R

Gəl yuxuma

Beynim oyaq,
Ruhumsa,tər içində
Cismimlə qucaqlaşıb yatıb.
Osa,darmadağın etdiyim
Viran xəyalları tapıb,gəlib ağlıma.
Səs salmır,toxunmur ruhuma,
Oyanacağam,itəcək düşüncəsi ilə oyatmır məni.
Yalvarıram əl açıb göyə məndə,
Bu gecə gəl yuxuma.
Qucaqlayıb öpüm səni,
Nə zamandır tərk etmisən
Üşüyür göz bəbəyim sənsiz,
İsinsin görüb səni.
Gəl yuxuma,
Çıx mürgülər yoluma
Çıx görüm səni.
Qorxma yuxudur,çıx görüm səni.
Görüm dəyişmisən,
Ya mən görüb,getdiyin sənsən?!
Gəl yuxuma,
Qonaq gəl,otur ağlımda
Danış,danış səsin qalsın qulağımda.
Bir az da mən danışacağam
Arzu qalan arzularımdan sənə.
Danışacağam sənsizlik acılarımdan,
İçimdə göl olan göz yaşlarımdan.
Qorxudubdur yuxum məni,
Ağahsan qorxuram,oyatma məni
Hərdən bir gəl yuxuma ,
Gəl görüm səni.
10.09.2015 R.Hova
©revane2412