A

Gələcəyəm mən..

O soyuq zindanda darıxma, gülüm,
Dərdini bölməyə gələcəyəm mən.
Daşlara qanlı yaş axıtma, gülüm,
Gözünü silməyə gələcəyəm mən.
Sızlayan yaranı ovutmaq üçün,
Çəkib ürəyimə uyutmaq üçün,
Sənli günlərimə qayıtmaq üçün,
Qədrini bilməyə gələcəyəm mən.
Əcəlin qapısını açacam bir gün,
Qanadlı quş olub uçacam bir gün,
Bu qoca dünyadan qaçacam bir gün,
Yanında ölməyə gələcəyəm mən...
©amine571