Bülbül bu gülüstanə bir eşqlə gülə gəldi
Artıq dözə bilmib bu qəmə tez dilə gəldi
Bülbül sevərək canını qurban elədikcən
Gülsə yenə qəm, qüssə ilə bülbülə gəldi
Bilməm niyə bu aşiqin heç bəxti gətirmir
Hər vaxt yolu qəm, qüssə ilə nisgilə gəldi
Bu eşqə düşəndən necə bir dərdə düşübsə
Gözdən süzülən yaşları hey müşkülə gəldi
Neyçün qara gün aşiqə ta ki, əzəlindən
Qəmlə dolu günlər, ağır həsrət, çilə gəldi
Rabil, elə sanma ki, bu həsrət çox asandır,
Hicranla keçən hər gün ona bir ilə gəldi
🍂QəmliAşiq🍂
©qemliasiq
M