M

#Gəlir adamın üstünə..

Nə hikmətindən anladım,
Nə qiymətindən anladım
Bir illətindən anladım,
Bəla bəlanın üstünə,
Gəlir adamın üstünə..
Bir ayrı fikrə düşmüşəm,
Bir az yolu sürüşmüşəm
Biləndə mən büzüşmüşəm
Cəza cəzanın üstünə
Gəlir adamın üstünə..
Kimisini göz ağrıdır
Kimin yanan köz ağrıdır
Görür ki düz söz ağrıdır
Əza əzanın üstünə,
Gəlir adamın üstünə..
#MERAC
©merac