T

"Gəlirəm"

Tutub ömrün bir ucundan,
Sənə doğru gəlirəm.
Bu kəndir əlimi kəsir,
Ağrı-ağrı gəlirəm.
Gah çıxır əlimdən ömrüm,
Ələnir telimdən ömrüm,
Əlləşir ölümdən ömrüm,
Bu son çağrı gəlirəm.
Xəbər verin sultanlara,
Məndədi dövlət, pul,para,
Atın məni zindanlara,
Mənəm oğru, gəlirəm.
Demirəm tanrı sözüyəm,
Nə həqiqətin üzüyəm,
Öz yalanımın düzüyəm,
Doğru-doğru gəlirəm..
©tufani