Sənsizlik mənə
Yar olub,
Özün çıxıb getmisən.
Məni də
Tərk etmisən
Cahan mənə
Dar olub.
Axtarıram hər an
Görünərsən,
Sanıram bir an.
Özüm - özümə aldanıram ,
Bəlkə
Gələrsən sanıram.
Özümə yoxluğunu
Danıram,
Özüm - özümə yenə
Aldanıram.
Niyə səsin heç gəlmir ?
Axı mən ,
Gələr sanıram .
27.03.2014 R.Hova
©revane2412
R