M

🍂GƏLƏSƏN🍂

Sənə gör bir nə zamandır deyirəm ki gələsən
Gələsən, ağrı çəkən qəlbi görüb dincələsən
Yaşıram sənsiz ama bilməyirəm ki necə mən
Tökürəm göz yaşımı şahid olur hər gecə, mən
Günü-gündən əriyib bax dönürəm bivecə mən
Tanımazsan məni indi görəsən bir hələ sən
Məni dərdlər yıxıb artıq qocala bilməyirəm
Sənli anları daha yadə sala bilməyirəm
Dərdlərim də ucalır, mən ucala bilməyirəm
Sənə arzum budur hər vaxt beləcə yüksələsən
Elə sandın məni tərk eylədin azad elədin?!
Mənə dərd, qüssə verib sən belə fəryad elədin?!
Gedən andan məni hər gün yuxuda yad elədin
Daha da məhv oluram sən deyəni dirçələsən
Necə qıydın mənə bilməm axı qəm, qüssə, kədər?!
Niyə etdin bizim ol sevgimizi söylə hədər?!
Necə zalım ola bildin necə bilməm bu qədər?!
Necə saldın məni dərdlə dolu bu cəncələ sən?!
Dözərəm sənsiz ötən günlərin həsrət, qəminə
Düşürəm sənli olan röyaların hey dəminə
Rabil hər vaxtı dönüb dərddə sənin həmdəminə
Tərk edib saldın onu gəl ki ağır əngələ sən
🍂QəmliAşiq🍂
©qemliasiq