Baxıram yollara yar gələsən bəlkə.
Hələ də ümidim var gələsən bəlkə.
Məni sən heyran etdin yol yerişinlə
süzgün baxışınla və incə gülüşünlə
gülüm gəl ki nicat gətir bir gəlişnlə
insafla verib qərar gələsən bəlkə.
Sənsizəm bu ahuzar öldürür məni
tənha çox üzür rüzigar öldürür məni
hicrin ilə həsrət intizar öldürür məni
yetər bu giley-güzar gələaən bəlkə
Gözəlim biz bu ayrılığa deyilik layiq
sevərək mənim kimi ol əhd'inə sadiq
həm özün bəxtəvər ol həm Tənha Aşiq
olmağ üçün bəxtiyar gələsən bəlkə.
©tek
T