M

🌎.."Görə bilsək"..🌍

Hikmət dolu dünyadı bu dünya görə bilsək
Bir damcı su nisbətdədi dərya görə bilsək
Bizlər baxırıq hər şeyə zinət və bəzəkçün?!
Qalmaz əbədi bənzəri röya görə bilsək
Aldatmağa tapmaz macal öz hiylələriylə
Hətta quru daşlarda da məna görə bilsək
Kimlər ki uyub puç olan əhdinə sonunda
Olmuş ona qurbangahi-mina görə bilsək
Bir naşükür insan olur Allahına başqa
Zikr eyləyir Allahı hər əşya görə bilsək
Rabil, gözümüz kordu həqiqətlərə indi
Tərk eyləməz idik onu əsla görə bilsək
🍂QəmliAşiq🍂
©qemliasiq