Hərdən şirin olur,hərdən də acı,
Olmuşam dünyada,sevgi möhtacı.
Qırıldı qəlbimdə,sevginin tacı,
Gör məni nə hala saldı məhəbbət.
Sevməkçün tələsdim,tanımadan yarı,
Tərk etdi yarıda,məni də barı.
İndi haray çəkib,oluram Xarı,
Gör məni nə hala saldı məhəbbət.
Xəstə könlüm,dərmanını tapmadı,
Sevən ürək alışıbda,yanmadı.
Vəfasız yar,xislətini danmadı,
Gör məni nə hala saldı məhəbbət.
Ramilin könlünün,çoxdu qübarı,
Vəfasızlar çox gəzibdi obanı.
Heç tapa bilmədi,sevən bu yarı,
Gör məni nə hala saldı məhəbbət.
©ramilkamil
R