Ö

Gora Baxan.

Müəllif Ömür Yazar
Gora baxan.
Çox baş əyib düzdü dedim,
Qanana düz, sözdü dedim,
Qanmayana fərq edərmi...
Birmi dedim, yüzmü dedim!
Arzuların bölən cavan,
Yalan yerə gülən cavan,
Dərdindən xəstəlik tapıb
Vaxt, zamansız ölən cavan!
Günəşin eşqinə yandım,
Yağışın sehrinə qandım,
Gerçəkləri görə - görə
Görməmişcəsinə dandım!
Ay gözləri kora baxan,
Həmdə yora-yora baxan,
Bu yaşında gül çiçəyi...
Qoyub üzü, gora baxan!
Cızma-qara et boşuna,
Dadına gəl, yet boşuna,
Ömür, gözləmə düzələr
Gözləmədən get boşuna!
©ömüryazar