Elmdən danışan kal insanların
Çoxunu Allaha düşman görmüşəm
Elmlər yaradan o Yaradanın
Alçaqca üzünə duran görmüşəm.
Dünyaya aldanıb, zamana dəblə
Başından yaylığın cıran görmüşəm
Əxlaqdan, ədəbdən həyanı atıb
Pozğunca yaxasın yırtan görmüşəm.
Üç kitab oxuyub dahiyəm deyib
Müqəddəs Quranı yaxan görmüşəm.
Elmlər toplusu elə bir kitab
Həmən o kitabı Quran görmüşəm.
Qüdrətdən danışan a cahil insan
Mən ayı ikiyə yaran görmüşəm
Salamlar söyləyək o nur camala
Onun qadasını alan görmüşəm.
Mənə söyləyirsən inkar eyləyim
Məni də özüntək avam görmüsən.
Xəlq edib, yaradıb yoxdan hər şeyi
Elmin özündə Yaradan görmüşəm.
Şirin və bəzəkli sözlər duymuşam
Çoxunun içində yalan görmüşəm
Doğru söz deyirlər acı olurmuş
Qorxudan doğrunu danan görmüşəm.
Hüseyni Allaha bağlı ol hər an
Məni rəhmətinə saran görmüşəm.
İmanla yaşayıb, imanla köçən
Dünyanı cənnətə satan görmüşəm.
Hamı bilməlidir elm vacibdir
Elmsiz insanı viran görmüşəm
Elmlə imanı qardaş olmasa
Sonda axirətin talan görüşəm
©hüseyni.
H