B

görən niyə doğulmuşam

Həyat yaman sıxır məni
Öldürəcək axır məni
Addım başı yıxır məni
Niyə görən doğulmuşam.
Varlığında yoxluğunam
Dost aşnadan nəyi umam
Mən xoş günlə yad qohumam
Kədərlə tən doğulmuşam.
Eşqdə coşub çağlayanda
Sənə könül bağlayanda
Ölmüşəm sən ağlayanda
Güləndə sən doğulmuşam.
Həyat fanidi bilmişəm
Bura bəs niyə gəlmişəm
Bəlkə bir dəfə ölmişəm
Mən təzədən doğulmuşam.
Əcəl gələn vaxta qəfil
Bir anda gözləyən deyil
Bu gün sağamsa eləbil
Sanki dünən doğulmuşam.
©behruz_010