Kimlər baxar bu aləmə yəqin ilə yəqin görər
Doğru ilə əyrilərin zərrə ola fərqin görər
Kimlər əgər vaqif ola bu aləmin hər sirrinə
Hər müşküli asan bilər qərbin görər, şərqin görər
Kim ki təkəbbür eyləyər, məhv eyləyər yalnız özün
Olmaz təkəbbür xəstəsi ta əvvəlin-xəlqin görər
İnsan gərək yad eyləyə həm əvvəlin, həm axirin
Kim müstəqil fikr eyləməz hey özgədən təlqin görər
Merac, silə kim qəlbinin qəflət dolan toz-torpağın
Sonra baxa öz qəlbinə sirri nədir eşqin görər..
#MERAC
©merac
M